Sudanda antiterror əməliyyatı zamanı 5 hərbçi ölüb

29 Sentyabr 2021 03:46 (UTC+04:00)

Sudanda İŞİD terror qruplaşması üzvlərinin saxlanılması ilə bağlı aparılan əməliyyat zamanı 5 hərbçi öldürülüb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sudan kəşfiyyatının mətbuat xidməti məlumat yayıb.

“Kəşfiyyat xidməti beş zabitini itirib, onların arasında iki zabit və üç unter-zabit var, daha bir zabit isə yaralanıb”, - məlumatda belə deyilir.

Bildirilir ki, əməliyyat zamanı müxtəlif ölkələrin vətəndaşları olan 11 terrorçu saxlanılıb. Dörd terrorçu qaça bilib, onlar hazırda təqib edilir.