Ərdoğan Baydenlə Romada görüşəcək

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə İtaliyanın paytaxtı Romada keçiriləcək G-20 sammiti zamanı görüşəcək.

Görüşdə ikitərəfli əlaqələrlə yanaşı Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemləri və F-35 döyüş təyyərələri mövzusundakı addımların müzakirəsi gözlənilir. Digər gündəm maddəsinin isə Əfqanıstandakı son vəziyyətin olacağı nəzərdə tututur.

Qeyd edək ki, G-20 zirvəsi oktyabrın 30-31-də keçiriləcək.

İki lider son olaraq 14 iyunda Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Liderlər Zirvəsində bir araya gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə