Ərdoğan Baydenlə Romada görüşəcək

28 Sentyabr 2021 22:10 (UTC+04:00)

Görüşdə ikitərəfli əlaqələrlə yanaşı Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemləri və F-35 döyüş təyyərələri mövzusundakı addımların müzakirəsi gözlənilir. Digər gündəm maddəsinin isə Əfqanıstandakı son vəziyyətin olacağı nəzərdə tututur.

Qeyd edək ki, G-20 zirvəsi oktyabrın 30-31-də keçiriləcək.

İki lider son olaraq 14 iyunda Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Liderlər Zirvəsində bir araya gəlmişdi.