Merkelin “əhəmiyyətsiz” cüzi irəliləyiş etirafı

Almaniya kansleri Angela Merkel Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşmaların həyata keçirilməsini cüzi irəliləyiş kimi dəyərləndirib.

Qeyd edək o, bunu Fransa prezidenti Emmanuel Makronla görüşü ərəfəsində elan edib. Almaniya kansleri, Fransa lideri ilə görüşündə Ukraynanın şərqindəki vəziyyətin çətin olduğu üçün “Normandiya formatı”ndakı işləri müzakirə edəcəyini qeyd edib

Maraqlıdır ki, Merkel sonradan bu cüzi irəliləyişi “əhəmiyyətsiz” kimi ifadə edib.

SİA bu barədə TASS-a istinad edir.

Xatırladaq ki, daha əvvəl iki Avropa ölkə liderlərinin görüşü zamanı Əfqanıstandakı vəziyyət də daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəkləri bildirilmişdi.

Bundan əlavə görüş zamanı liderlərin Afrikanın şimalındakı Sahel bölgəsindəki vəziyyəti və Fransanın Avropa Birliyindəki sədrliyini də müzakirə edəcəkləri söylənmişdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə