ABŞ-da, keçən ildən bəri mülki şəxslərə qarşı zorakılığı ilə tənqid hədəfinə çevirilən polis şöbəsi daha bir qalmaqala imza atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin iyul ayında Kolorado əyalətində saxladıqları şəxsi güllələmək və döyməklə təhdid edən polisin görüntüləri ortaya çıxıb.
ABŞ-da polis zorakılığı hadisələrinə daha bir yenisi əlavə edilib. İyulun 23-də ABŞ-ın Kolorado ştatının Aurora şəhərində polis əməkdaşı olan Con Haubert, Kayl Maurike Vinson adlı şəxsi güllələməklə hədələyib. Boynuna təqribən 40 saniyə təzyiq göstərib.
Hadisədən sonra aldığı zərbələr səbəbindən 29 yaşlı Vinson xəstəxanaya yerləşdirilib və başına altı tikiş vurulub. Hadisədən sonra Aurora polis şöbəsi dünən Haubertin bədən kamerasından görüntülər yayıb.
Görüntülərdə, Haubert silahla Vinsonun başına bir neçə dəfə vurur və "Hərəkət etsən, səni vuracağam" sözü ilə təhdid edir. Vinson saxlanılarkən polislərə belə ifadə verib: "Heç bir şey etmədim. Mən sadəcə həyatım üçün döyüşürdüm”. Şübhəli şəxsi silahla hədələyən polis əməkdaşları tutulub.
Görüntülərin yayımlanmasından bir qədər əvvəl Aurora polis idarəsinin müdiri Vanessa Vilson dünənki mətbuat açıqlamasında polis məmurlarının hərəkətlərini "biabırçı" olaraq xarakterizə edib. Vanessa Vilson bunları ictimaiyyətə çatdırıb: "İslahat aparmağa və fərq yaratmağa çalışırıq. Bu Aurora polis idarəsi deyil. Bu bir cinayətdir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB