3500 illik tarixi olan əsər müsadirə edildi

ABŞ-ın Nyu York əyalətinin federal məhkəməsi, dünyanın ən qədim ədəbi əsərlərindən biri olan, "Gılqamış" dastanının bir hissəsini ehtiva edən və "Gılqamış xəyal tableti" adlanan planşetin götürülməsinə qərar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Gılqamış xəyal tableti" adlanan planşet Oklahomadakı İncil Muzeyindən alınaraq səlahiyyətlilərə təhvil verilib. 3500 illik tarixi olan bu əsər, 2019-cu ildən sərgiləndiyi muzeydən səlahiyyətlilər tərəfindən müsadirə edilib.

ABŞ Ədliyyə Nazirliyindən verilən rəsmi məhkəmə qərarını Nyu-York Baş prokurorunun müavini Jakquelyn Kasulis qiymətləndirib. O, qərarı bu cür qiymətləndirib: "Bu müsadirə, dünya ədəbiyyatının belə nadir və qədim şah əsərinin mənşə ölkəsinə qaytarılmasında əhəmiyyətli bir mərhələdir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə