Makron hələ də rəsmi bir üzr istəməyib

Fransa prezidenti Emmanuel Makron Fransa Polineziyasına səfər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Polineziyanın paytaxtında çıxış edərkən Makron bunları qeyd edib: “Fransa 1966-1996-cı illər arasında Fransa Polineziyası ərazisində 193 nüvə sınağı həyata keçirib. Bu sınaqlar yerli xalqın sağlamlığına ciddi təsir göstərib. Buna görə də, ölkəmiz Fransız Polineziyasına borcludur”.

O, sözlərinə davam edərək bunları deyib: "Bu borc, əsasən, 1966-1974-cü illərdə burada nüvə sınaqları aparmağımızdan qaynaqlanır, əlbəttə ki, təmiz olduğumuzu deyə bilmərik". Makron Fransada oxşar testlər keçirməyəcəklərini də sözlərinə əlavə edib. Prezident Makron, nüvə sınaqları qurbanları üçün təzminat işinin sürətləndiriləcəyini nəzərə çatdırıb.

Qeyd edək ki, Makron yerli birliklərin tələb etdiyi kimi Fransa adından rəsmi bir üzr istəməyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə