84 yaşlı şübhəli abidələr üçün yeni ev tapmalı olacaq

Şimali Heikendorf qəsəbəsindəki bir evdən ikinci dünya müharibəsindən qalma hərbi sursatlar 2015-ci ildə ordunun köməyi ilə çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, prokurorlar artıq təxirə salınmış cəza və beş yüz min avroya (427.000 funt) qədər cərimə daxil olmaqla mümkün cəzalar barədə danışıqlar aparır.

Qeyd edək ki, 84 yaşlı şübhəli abidələr üçün yeni ev tapmalı olacaq. Vəkilinin sözlərinə görə, ABŞ muzeyi Panter tipli tankı almaqda maraqlıdır. Bir çox tarixçi, bu tankı Almaniyanın İkinci Dünya Müharibəsi dövründə tətbiq etdiyi ən səmərəli vasitə olduğunu iddia edir. Vəkil, bir sıra alman kolleksiyaçılarının, silah və tapança da daxil olmaqla digər əşyalarla bağlı müttəhimə yaxınlaşdıqlarını deyib.

Bazar ertəsi günü Hamburqdan təxminən yüz km (60 mil) şimalda yerləşən Kiel şəhərində keçirilən məhkəmə iclasında vəkillər bu şəxsin hərbi kolleksiyasının Almaniyanın Müharibə Silahlarına Nəzarət Qanununu pozub-pozmadığını təyin etməyə çalışıblar. Xatırladaq ki, qanun müharibə silahlarının istehsalını, satışını tənzimləyir.

Müdafiə silahlarının bir çoxunun artıq işlək olmadığını və tankın qırıntı kimi alındığı iddia edilir. Qeyd edək ki, şübhəliyə ən azı 50.000 avro cərimə yazmağı düşünürlər. Xatırladaq ki, 2015-ci ilin iyul ayında, yaşayış yerindən Panter tankını çıxarmaq və daşınması üçün təxminən 20 əsgər fəaliyyət göstərib. Bu əməliyyat isə təqribən doqquz saat çəkib. İş üzrə başqa bir məhkəmə iclası çərşənbə gününə planlaşdırılır, qərarın isə gələn ay verilməsi güman edilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə