700-dən çox uşağa cinsi istismar

İngiltərədəki Uşaq cinsi istismarına dair müstəqil istintaqın (IICSA) hesabatına görə, yüzlərlə uşaq paytaxt Londonun cənubundakı Lambes Bələdiyyəsinin yataqxanalarında illərdir cinsi istismara məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məruzədə qeyd edilir ki, Lambesdə beş yaşından kiçik uşaqlar da daxil olmaqla təkcə üç hosteldə 700-dən çox cinsi istismar hadisəsi olub, ancaq faktiki rəqəmin rəsmi olaraq qeyd ediləndən daha çox ola biləcəyi də istisna edilmir. Məruzədə bələdiyyə qınanıb. Belə ki, illərdir yataqxana işçiləri tərəfindən bələdiyyənin nəzarəti altındakı uşaqlara edilən zülmə və cinsi istismara qarşı bələdiyyə səssiz qalıb.

Məruzədə həmçinin bunlar deyilib: "Bələdiyyə yataqxanalarda şiddət və cinsi təcavüzün inkişafına icazə verib, bilinən təcavüzkarlara qarşı tədbir görməyib, cinsi təcavüz şübhəlilərini araşdırmayıb və uşaqları qəsdən bu vəziyyətə sövq edib".

Hesabatda, 60-cı illərin sonlarından bəri Lambesdə, xüsusilə 70-80-ci illərdə beş bələdiyyə sığıncağında uşaqlara fiziki və cinsi təcavüz geniş yayıldığı deyilir. Belə hadisələrin yayılmasına görə, Şirley Oaks və South Vale yataqxanaları ən yüksək göstərici verib. Bu ərazilərdə uşaqların böyük əksəriyyətinin qaradərili olduğu da həmçinin qeyd edilir.

Məruzədə 1977-ci ildə Şirley Oaks yataqxanasının hamamında bir uşaq ölü tapılıb. Lakin bu barədə o vaxt məhkəmə qruplarına məlumat verilmədiyi də ortaya çıxıb.

Lambes bələdiyyə başçısı Klaire Holland açıqlama verib. O açıqlamasında bunları deyib: “Lambes Şurası, sui-istifadə və laqeydlik ucbatından qurbana çevrilənlərdən ən səmimi üzr istəyir. Bələdiyyə uşaqların nəzarəti və qorunmasından məsul idi, amma uğursuz oldu və nəticələri də ağır oldu. Bələdiyyə baş verənlərdən dərindən kədərlənib”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə