Tayvanın şərqindəki Hualien şəhərinin 22 dəfə zəlzələ ilə sarsıldığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səlahiyyətlilər bölgədə səhər 2 saat ərzində 22 zəlzələnin olduğunu və yeraltı təkanların bəzi binalara ziyan vurduğunu bildiriblər. İlk titrəmənin 5.2 bal gücündə olduğu və 5.9 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Digər titrəmələrin 3 və 5 bal arasında olduğu müəyyən edilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə