Ermənistan müxalifəti seçki pozuntularını dilə gətirdi - NARAZILIQ

İndiyədək Ermənistan tarixində seçki prosesində heç vaxt belə həcmdə pozuntu qeydə alınmayıb. SİA Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə “Ermənistan” blokunun bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd edilib ki, ötən gün Ermənistan Mərkəzi Seçki Komissiyası sükut gününün qaydasını pozduğu üçün Nikol Paşinyana xəbərdarlıq edib. Dünəndən bəri “Hayastan” blokunun liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materiallar yayılıb. Əldə olunan məlumata görə, bu biabırçı proses hökumətin icazəsi ilə sorosçu təşkilatlar tərəfindən təşkil edilib. Eyni zamanda, "Hayastan" blokunun regional qərargahının üzvləri yalan məlumatlar əsasında nəzarət altına alınıblar.

Eyni zamanda, diqqətə çatdırılıb ki, belə çirkin oyunların sorosçu təşkilatlar tərəfindən təşkil edilməsinə dair bütün əsaslar var. Blok bəyan edib ki, seçkiləri izləyən beynəlxalq müşahidə missiyalarının diqqətini qanun pozuntularına çəkməyə davam edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə