Almaniyanın Köln şəhərində polis magistral yolun kənarındakı zibil atılan yerdə 17-ci əsrə aid iki dəyərli rəsm əsəri tapıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis məşhur Hollandiyalı sənətçi Samuel van Hoogstraten'in bir uşaq portreti və 1665-ci ildə italyan rəssam Pietro Bellotti tərəfindən çəkilmiş bir avtoportret olduğunu bildirib.

Qeyd edək ki, Köln polisi, hər iki tablonun mütəxəssislər tərəfindən araşdırıldığını və rəsmlərin orijinal olma ehtimalının çox yüksək olduğunu açıqlayıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə