İstanbulun Mərmərə bölgəsində zəlzələ olub. SİA “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16:08-də Kartal rayonunda qeydə alınıb.

7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə