Himayədarından “fu” komandasını gözləyən tulalar...

Ayə, bu işi görəndə bir az ehtiyatla görün də… Budur artıq məlumatlı vətəndaşlar birliyinin koordinatoru Daniel İoannisyan Ermənistanda car çəkir ki, namizədlərin şirin yalanlarına inanmayan seçicilər rüşvət hesabına meydanlara yığdırılır. İoannisyan hətta seçicilərə verilən rüşvətin miqdarını da deyir: 70 ilə 100 min dram arası…

Birlik koordinatorunun sözlərinə görə, bölgələrdə rüşvət nisbətləri İrəvanla müqayisədə xeyli aşağıdır, məsələn, Gorisdə namizədlə görüçə gəlib qaraltı salan hər “seçiciyə” 70 min dram (təxminən 130 dollar) təklif edirlər. İrəvanda isə qiymətlər bir qədər yüksəkdir: təxminən 100 min dram.

İoannisyanın dediyinə görə, əsas siqnallar daha çox “Hayastan” blokunun keçirdiyi “tədbirlərdən” daxil olur. Qeyd edım ki, blokun “qlavarı” Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryandır. Deyilənə görə, son zamanlar yalan vədlər vermək sahəsində xeyli “püxtələşib”.

Belə ki, o gün Armavirdə rüşvət verdiyi ermənilər qarşısına çıxan Koçaryan Nikolun qarasıycan xeyli döşəyəndən sonra, deyib ki, mənə səs verin, mən də sizinlə birlikdə güclü bir Ermənistana doğru irəliləyim.

Belə çıxır ki, bundan əvvəl 10 il rəhbərlik elədiyi Ermənistanı güclü eləmək üçün ya vaxtı olmayıb, ya da həmən ərəfədə ölkədə indiki ermənilərdən yox imiş?..

Bu gün ermənilərdəki geriləməni dayandırmağa, ölkədəki nəzarəti bərpa etməyə, narahatlıqları həll etməyə özündə “böyük güc” hiss etdiyini bəyan edən Robertin təkcə bir istəyi var: ona səs versinlər…

Yadımdaykən, onu da deyim: demə, rüşvətvermə variantından yararlanan təkcə Robert deyilmiş. Belə ki, R. Koçaryanın “Hayastan”ına “erməni həmrəyliyi” nümayiş etdirən S.Sarkisyanın “Mənim qürurum var” (yalansa… necə deyirlər: “kasıbın itinin adı gümüş olar) fraksiyası da, deyilənə görə, ermənilərə dram paylayır.

Yaxşı, “Çiçəklənən Ermənistan” partiyasının seçicilərinə dram paylamasını başa düşmək olar. Çünki partiya sədri Qaqik Tsarukyanı ermənilər “eşşək” adlandırsalar da, o iş adamıdır, yəni əli dramla oynayır.

Mənə maraqlıdır, bəs görən, “vaxtilə ermənilərə gül əkdirib indi gülab çəkdirməyə” gəlmək istəyən bu Robert Koçaryanla Serjik Sarkisyanda seçicilərinə payladıqları bu qədər dram hardandır? Axı, onlar hər ikisi ermənilərə hakimiyyətdə olduqları illərdə xalqın bir dramına belə toxunmadıqlarını inandırmaq üçün, hətta “dədələrinin göruna” belə and içirlər…

Yeri gəlmişkən, bildirək ki, bu dəqiqə erməniləri hər şeydən çox qədim Azərbaycan şəhəri olan Şuşadakı son yaşantılardır. Belə ki, indi hər şeydən əli üzülən ermənilər bu dəfə yunan mediasına istinad edərək, R.T.Ərdoğanın Şuşa səfərini onun Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq üçün NATO-dan dəstək tələb etməyə hesablandığını bildirirlər. Erməni iddialarına görə, guya bundan xəbərdar olan Kreml hələ ki, “qorxusundan” səsini içinə salıb susur.

...Bilirsiniz, burada mənə maraqlı gələn nədir: erməni etirafları. Məsələn, onlar etiraf edirlər ki, bu gün bölgədə baş verən oyunlarda, artıq heç kim onları oyunçu kimi qəbul etmirlər. Əslində, qeyd edilməlidir ki, ermənilər elə əvvəldən də “bu oyunların oyunçusu” olmayıblar. Onlar sadəcə, əsas oyunçuların yanında boyunlarında ip gəzdirən və yalmandıqları himayədarlarından “fu” komandasını gözləyən tulalar olublar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...