Kuba bankları nağd ABŞ dollarının qəbulunu dayandıracaq

Kuba iyunun 21-dən etibarən nağd ABŞ dollarının qəbulunu müvəqqəti olaraq dayandıracağını elan edib.
SİA Fox News telekanalına istinadla xəbər verir ki, hakimiyyət bu qərarı ABŞ tərəfindən tətbiq olunan iqtisadi blokada ilə izah edir.

Kuba Mərkəzi Bankının məlumatına əsasən, Birləşmiş Ştatların sabiq Prezidenti Donald Tramp administrasiyasının işə başladığı vaxtdan bir çox xarici banklarla əməkdaşlıq pozulub. Havana məhdudiyyətlər fonunda dollarla əməliyyatların aparılmasında çətinliklərin meydana gəldiyini etiraf edib.

Kuba Mərkəzi Bankının bəyanatında 2020-ci ilin iyun ayında dolların dəyişdirilməsi üçün on faizlik verginin ləğvindən sonra ölkədə dollar depozitlərinin artdığı qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə