817 mindən çox yoluxma qeydə alınıb DÜNYADA

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 817 mindən çox artıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutkada 817 345 nəfər koronavirusa yoluxub, 13 426 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 156 496 592, ölənlərin isə 3 264 143 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə