"Ermənistanda koronavirusdan ölənlərin sayında artım var" Səhiyyə Nazirliyinin nümayəndəsi

"Ermənistanda koronavirusdan ölənlərin sayında artım var"  Səhiyyə Nazirliyinin nümayəndəsi

Təəssüf ki, koronavirusdan ölüm nisbətində artım müşahidə edirik və əvvəlki aylarda 1.8 əvəzinə, indi 1.9-a qalxıb ki, bu, çox həyəcan vericidir. SİA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxucu və Qeyri-infeksion Xəstəliklər Epidemiologiya şöbəsinin müdiri Romella Abovyan 19 apreldə keçirdiyi mətbuat konfransında bildirib.

Abovyan 24 apreldə təşkil edilən tədbirlər zamanı vətəndaşları müəyyən edilmiş anti-epidemioloji qaydalara riayət etməyə çağırıb. Bunu da onunla izah edib ki, təmaslara paralel olaraq xəstəliyin yayılma riski artacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə