"Ermənistanda koronavirusdan ölənlərin sayında artım var" Səhiyyə Nazirliyinin nümayəndəsi

19 Aprel 2021 16:46 (UTC+04:00)

Təəssüf ki, koronavirusdan ölüm nisbətində artım müşahidə edirik və əvvəlki aylarda 1.8 əvəzinə, indi 1.9-a qalxıb ki, bu, çox həyəcan vericidir. SİA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxucu və Qeyri-infeksion Xəstəliklər Epidemiologiya şöbəsinin müdiri Romella Abovyan 19 apreldə keçirdiyi mətbuat konfransında bildirib.

Abovyan 24 apreldə təşkil edilən tədbirlər zamanı vətəndaşları müəyyən edilmiş anti-epidemioloji qaydalara riayət etməyə çağırıb. Bunu da onunla izah edib ki, təmaslara paralel olaraq xəstəliyin yayılma riski artacaq.