Güclü külək Ermənistanda fəsadlar törətdi

Güclü külək İrəvan daxil olmaqla Ermənistanın bir sıra yaşayış məntəqələrinə ciddi ziyan vurub. SİA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın bir sıra küçələrində hasarlar uçub, ağaclar və reklam lövhələri aşıb. Yanğın və xilasetmə qrupları hadisə yerinə cəlb olunub. Xilasedicilər yolları qırılmış ağaclardan təmizləməyə çalışır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə