Yaponiyanın Norikura dağında baş vermiş qar uçqunu nəticəsində bir nəfər ölüb

Yaponiyanın Norikura dağında baş vermiş qar uçqunu nəticəsində bir nəfər ölüb

Yaponiyanın Norikura dağının yamacında qar uçqunu nəticəsində bir nəfər ölüb, iki nəfər isə yüngül xəsarətlər alıb.

SİA-nın məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.

Bildirilib ki, daha iki nəfər qarın altında qalsa da onların özləri xəsarət almadan uçqun altından çıxa biliblər.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, uçqun bölgədə güclü qar yağması səbəbindən dağın zirvəsinə böyük həcmdə qar yığılması ilə əlaqədar baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə