Yaponiyanın Norikura dağının yamacında qar uçqunu nəticəsində bir nəfər ölüb, iki nəfər isə yüngül xəsarətlər alıb.
SİA-nın məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
Bildirilib ki, daha iki nəfər qarın altında qalsa da onların özləri xəsarət almadan uçqun altından çıxa biliblər.