Avstriyada koronavirusun Braziliya ştammına ilk yoluxma halı qeydə alınıb
Avstriyada koronavirusun Braziliyada aşkarlanan ştammına ilk yoluxma halı qeydə alınıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Zalzburq federal torpağının hökumətindən bildiriblər.
Məlumata əsasən, yoluxma halı Salzburq şəhərində aşkarlanıb: "Bu günə qədər Zalzburq səhiyyə orqanları P.2 virusunun Braziliya variantına bir yoluxma təsdiqləyiblər".
Bildirilir ki, bu ştamma digər yoluxma halları qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə