Avstriyada koronavirusun Braziliya ştammına ilk yoluxma halı qeydə alınıb

8 Mart 2021 19:41 (UTC+04:00)
Avstriyada koronavirusun Braziliyada aşkarlanan ştammına ilk yoluxma halı qeydə alınıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Zalzburq federal torpağının hökumətindən bildiriblər. Məlumata əsasən, yoluxma halı Salzburq şəhərində aşkarlanıb: "Bu günə qədər Zalzburq səhiyyə orqanları P.2 virusunun Braziliya variantına bir yoluxma təsdiqləyiblər". Bildirilir ki, bu ştamma digər yoluxma halları qeydə alınmayıb.