Rusiyadan Aİ-yə rest: “Münasibətləri sonlandırmağa hazırıq” - Lavrovdan ŞOK AÇIQLAMA

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiya iqtisadiyyatının həssas sahələrini risk altına qoyacaq sanksiyalar həyata keçiriləcəyi təqdirdə Aİ ilə əlaqələrini kəsməyə hazır olduqlarını deyib. Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozef Borel bildirib ki, Rusiyanın Avropa Birliyi ilə konstruktiv dialoq fürsətini dəyərləndirmək istəmədiyini, lakin sanksiyalar tətbiq etmək məcburiyyətində qaldıqlarını qeyd edib.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, gərgin keçən mətbuat konfransı və səfərim əsnasında Aİ (Avropa İttifaqı) ölkələrindən 3 diplomatın deportasiyası qərarı rus rəsmilərinin Aİ ilə dialoq fürsətindən istifadə etmək istəmədiyini göstərir: “Gözlənilməz yanaşmaya olsa da, Rusiyanın strategiyasına görə təəssüflənirik. Avropa Birliyi olaraq bundan nəticə çıxarmalı, Rusiya ilə əlaqələrimizə verəcəyimiz istiqamətə diqqət göstərməli və qərarlı şəkildə davam etməliyik”- deyə Borel bildirib.

Brüsselə rusların inkişaf perspektivi və Rusiyanın geostrateji seçimləri ilə əlaqədar dərin narahatlıqla qayıtdım: “Nazir Lavrov ilə görüşdə rus rəsmilərinin verdiyi mesajlar Avropa və Rusiyanın bir-birindən uzaqlaşdığını göstərdi. Görünür ki, Rusiya getdikcə Avropadan uzaqlaşır və demokratik dəyərlərə mövcud bir təhlükə kimi baxır. Biz indi yol ayrımındayıq. Etdiyimiz strateji seçimlər XXI əsrdə beynəlxalq güc dinamikasını göstərəcək. Qapalı və ya azad cəmiyyətlərin bünövrəsində ya daha yaxşı iş birliyi olan, ya da daha qütblü modellərə doğru istiqamətlənəcəyik” – deyən Borelə Sergey Lavrovdan sərt cavab gəlib.

Sergey Lavrov: "Münasibətləri bitirməyə hazırıq"

“Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvaya zərər verəcək bir sanksiya tətbiq edilərsə, Avropa Birliyi ilə əlaqələri sonlandırmağa hazırıq”- deyə bildirib.

"Youtube”dakı “Solovyov Live” proqramında açıqlama verən Sergey Lavrov sözlərinə əlavə edərək bildirib ki, Rusiya hərbi sahədə öz-özünə yetə bilən bir ölkədir və iqtisadiyyatda da eyni vəziyyətə gəlmək üçün daha çox çalışmalıdır: "Hazır olduğumuz fikri ilə hərəkət edirik. Daha əvvəl bir neçə dəfə gördüyümüz kimi, həssas sektorlar da daxil olmaqla, hər hansı bir sahədə iqtisadiyyatımız üçün risk yaradan sanksiyalara yenə məruz qalsaq, nəticə belə olacaq. Özümüzü dünyadan təcrid etmək istəmirik, amma buna hazır olmalıyıq. Barışıq istəyirsinizsə, müharibəyə hazır olmalısınız " – deyə Lavrov vurğulayıb.

Lavrov Rusiya iqtisadiyyatının həssas sahələrini riskə atacaq sanksiyalar tətbiq ediləcəyi təqdirdə Aİ ilə əlaqələrini kəsməyə hazır olduqlarını söyləyib.

Qönçə Quliyeva

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə