“Paşinyanın yaxın çevrəsi ölkədən qaçış yolları axtarır” Aşotyan

“Vaxtilə Amerikanın təsir agenti olan Lilith Makunts bu gün də fəaliyyətini agent kimi davam etdirməkdədir”. SİA erməni mənbələrinə istinad edərək bildirir ki, bu fikirləri Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Lilit Makuntsun ABŞ-a fövqəladə və səlahiyyətli səfir təyin edilməsindən sonra jurnalistlərə verdiyi aşıqlamada bildirib. Xatırladaq ki, “Mənim addımım” blokundan parlament fraksiyasının rəhbəri olan Makunts erməni baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınır.

Yeni səfir təyinatını Paşinyanın xarici siyasətdə uğursuz addımı kimi dəyərləndirən Aşotyan bunu baş nazirin yaxın çevrəsinin Ermənistandan qaçmaq üçün yeni yollar axtarmağa başladığına dəlalət etdiyini də istisna etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə