Qonşu ölkədə daha 3 958 nəfər koronavirusa yoluxub, 36 pasiyent ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 3 958 yeni yoluxma faktı qeydə alınıb, 3 531 nəfər sağalaraq evə buraxılıb, 36 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. İndiyədək qonşu ölkədə COVID-19-a 108 690 nəfər yoluxub. Onların 89 170-i sağalıb, 1 012-sı isə dünyasını dəyişib. Hazırda karantin rejimində 2 137, stasionar nəzarətdə 6 221 nəfər saxlanılır. Yüngül simptomları olan 3 736 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...