Ermənistanda koronavirusa yoluxanların sayı 78 810 nəfərə çatıb.
Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 973 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 16 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 196 nəfər koronavirusdan ölüb, 26 113 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə