Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib

26 Oktyabr 2020 11:27 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 78 810 nəfərə çatıb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 973 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 16 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 196 nəfər koronavirusdan ölüb, 26 113 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.