Polşa koronavirus infeksiyasının üçüncü dalğasına hazırlaşır.
SİA-nın məlumatına görə, bunu ölkənin baş naziri Mateuş Moravetski deyib.
O bildirib ki, bu, COVID-19-a qarşı dərmanın tapılıb tapılmamasından asılı olacaq:
“Biz indi təhlükəli mənzərə ilə, koronavirusun ikinci dalğası ilə üz-üzəyik. Ola bilər ki, üçüncü dalğa da bizi gözləsin”.
Qeyd edək ki, bu günədək Polşada 192 mindən çox şəxs koronavirusa yoluxub, 3,7 min nəfər həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB