Bu günədək Polşada 192 mindən çox şəxs koronavirusa yoluxub

21 Oktyabr 2020 23:18 (UTC+04:00)

Polşa koronavirus infeksiyasının üçüncü dalğasına hazırlaşır.

SİA-nın məlumatına görə, bunu ölkənin baş naziri Mateuş Moravetski deyib.

O bildirib ki, bu, COVID-19-a qarşı dərmanın tapılıb tapılmamasından asılı olacaq:

“Biz indi təhlükəli mənzərə ilə, koronavirusun ikinci dalğası ilə üz-üzəyik. Ola bilər ki, üçüncü dalğa da bizi gözləsin”.

Qeyd edək ki, bu günədək Polşada 192 mindən çox şəxs koronavirusa yoluxub, 3,7 min nəfər həyatını itirib.