Cənubi Koreyada güclü yağışın səbəb olduğu sürüşmə nəticəsində 4 nəfər ölüb

Cənubi Koreyada güclü yağışın səbəb olduğu sürüşmə nəticəsində 4 nəfər ölüb, daha 1 nəfərin itkin olduğu bildirilir.

SİA "Yonhap" agentliyinə istinadən xəbər verir ki, hadisə Seuldan 400 km cənubda yerləşən Kokson qəzasında baş verib. Torpaq sürüşməsi nəticəsində yer altında beş ev qalıb.