Cənubi Koreyada güclü yağışın səbəb olduğu sürüşmə nəticəsində 4 nəfər ölüb

8 Avqust 2020 08:27 (UTC+04:00)

Cənubi Koreyada güclü yağışın səbəb olduğu sürüşmə nəticəsində 4 nəfər ölüb, daha 1 nəfərin itkin olduğu bildirilir.

SİA "Yonhap" agentliyinə istinadən xəbər verir ki, hadisə Seuldan 400 km cənubda yerləşən Kokson qəzasında baş verib. Torpaq sürüşməsi nəticəsində yer altında beş ev qalıb.

Ərazinin 30-a yaxın sakini yaxınlıqdakı məktəbə təxliyə edilib.