Türkiyədə son sutkada daha 19 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 747 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 995 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 233 851 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 217 497 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə