Kiyevin mərkəzində bankı partladacağı ilə hədələyən terrorçu təslim olub

Kiyevin mərkəzində bankı partladacağı ilə hədələyən terrorçu təslim olub. Bankın binası həmlə ilə tutulub.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Anton Geraşşenko bəyan edib. Onun sözlərinə görə, partlayış baş verməyib.

“Terrorçu diri tutulub”, - deyən nazir müavini bildirib ki, qarşıda terrorçunu məhkəmə və uzunmüddətli həbs cəzası gözləyir.

Kiyevdə bomba partladacağı ilə hədələyən şəxs 1988-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Suxrob Rəhmonoviç Kərimovdur.

Xatırladaq ki, bu gün gündüz saat 12 radələrində naməlum şəxs “Universal Bank”ın “Leonardo” biznes mərkəzindəki şöbəsini zəbt etmişdi. Onun sözlərinə görə, portfelində bomba vardı və həmin bombanı partladacağı ilə hədələyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə