Almaniyanın paytaxtı Berlin şəhərində naməlum şəxs idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb. "TASS" məlumat verir ki, hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya helikopterlə çatdırılıb.
Bildirilir ki, insident "Tsoo" stansiyası yaxınlığında səhər saatlarında baş verib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB