Berlində avtomobil piyadaların üzərinə sürülüb

26 İyul 2020 12:39 (UTC+04:00)

Almaniyanın paytaxtı Berlin şəhərində naməlum şəxs idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb. "TASS" məlumat verir ki, hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya helikopterlə çatdırılıb.

Bildirilir ki, insident "Tsoo" stansiyası yaxınlığında səhər saatlarında baş verib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.