İranda yoluxmaların sayı artır Son sutkada 141 nəfər vəfat edib

İranda son sutkada yeni növ koronavirusa yoluxmuş 141 nəfər vəfat edib. SİA xəbər verir ki, İranda virusa yoluxanların sayı yenidən artıb.

Beləliklə bu günə qədər ölkədə virusdan vəfat edənlərin sayı 10 min 958 nəfərə çatıb. İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari mətbuata açıqlamasında son sutkada ölkədə 2 min 549 yeni yoluxma halının aşkarlandığını bildirib.

İranda bu vaxta qədər koronavirusa yoluxanların ümumi sayı 230 min 211 nəfərə çatıb. Xəstələrdən 3 min 81 nəfərin vəziyyəti ağırdır. Mətbuat katibi Lari bu günə qədər ölkədə edilən testlərin ümumi sayının 1 milyon 693 min 242-yə çatdığını əlavə edib.

Qeyd edək ki, ölkənin rəsmi məlumatlarına görə, Tehranda virusa yoluxanların sayı son müddət ərzində kəskin şəkildə artıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə