Türkiyədə yeni növ koronavirusdan bu gün daha 21 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

SİA xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35846 şübhəli koronavirus testindən keçib, onlardan 878-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4669 nəfər ölüb, 169218 nəfər bu infeksiyaya yoluxub, 135322 nəfəri isə müalicə olunub.

Bu gün 1922 xəstə evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə