Yeni Zelandiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 23.53-də qeydə alınıb. Zəlzələnin episentri Yeni Zelandiyanın paytaxtı Vellinqtondan 94 km şimalda, ocağı isə 60 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra tələfat və dağıntı barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə