Braziliyada koronavirusa yoluxanların sayı təxminən 331 min nəfərə çatıb

Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 330 890 nəfərə çatıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində 20 803 nəfər koronavirusa yoluxub, 1 001 nəfər isə koronavirusdan ölüb. Bildirilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 21 048 nəfərə çatıb.

Qeyd edilir ki, ən çox yoluxma və ölüm halları Braziliyanın San-Paulu (76,8 min və 5,7 min) Seara (34 573 və 2 251) və Rio-de-Janeyro (33 589 və 3 657) ştatlarında qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...