Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 330 890 nəfərə çatıb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, son sutka ərzində 20 803 nəfər koronavirusa yoluxub, 1 001 nəfər isə koronavirusdan ölüb. Bildirilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 21 048 nəfərə çatıb.