Estoniyada bu günə qədər koronavirusdan 25 ölüm hadisəsi qeydə alınıb

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 5 nəfər artaraq 1304-dən 1309-ə çatıb.

SİA xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 30 min 355 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 899 nəfərdən 5-nin analizinin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 25 ölüm hadisəsi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə