Rusiyada bir gündə iki mindən çox insan virusa yoluxdu

Rusiyanın 52 regionunda dünəndən bu yana COVID-19 virusuna daha 2 186 nəfər yoluxub.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Koronavirusla Mübarizəyə dair Əməliyyat Qərargahı açıqlama verib.

Bütövlükdə ölkə ərazisində virusa yoluxanların 15 770 nəfər olduğu qeyd edilib.

Bir gündə 24 virus daşıyıcısı dünyasını dəyişib və ölkə üzrə bu rəqəm 130 təşkil edib.

Qonşu ölkədə pandemiyadan müalicə alan 1 291 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...