Afrikada koronavirusdan daha təhlükəli: çəyirtkə işğalı

Koronavirusun (Covid-19) dünyaya yayılmasından bir neçə həftə əvvəl Afrika qitəsinin bir hissəsi daha nəhəng bir fəlakətlə üzləşib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Bəzi Afrika ölkələrinin sözün əsl mənasında çəyirtkələr tərəfindən işğalı son 70 ildə baş verən ən böyük fəlakət kimi izah edilir. Bununla yanaşı, mütəxəssislər ikinci dalğa işğalının əvvəlkindən 20 dəfə böyük olduğunu söyləyirlər.

Somalidə milyardlarla səhra çəyirtkəsi artım üçün yeni məkan axtarışına çıxıb. Çəyirtkə işğala qarşı çarəsiz qalan yerli əhali aclıq və xəstəlik təhlükəsi ilə baş-başa qalıb. Əhalinin çəyirtkə infeksiyasına qarşı birgə mübarizə aparması da mümkün deyil. Çünki insanlar bir araya gələrsə, bu dəfə koronavirusun yayılması riski ilə üzləşirlər. Bu, kənd yerlərində yaşayanlar üçün ikinci bir təhlükə deməkdir.

Ugandalı fermer Yoweri Aboket ölkəsində hər kəsin danışdığı prioritet məsələnin çəyirtkələr olduğunu söyləyir: "Əgər sənin sahənə bir dəfə girərlərsə, tamamilə məhv edirlər" deyən Aboket, "Bəziləri deyirlər ki, çəyirtkə koronavirusdan daha təhlükəlidir. Bəziləri isə hətta Covid-19-un buraya gələcəyinə inanmırlar" deyə əlavə edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...