Türkiyədə koronavirusdan ölənlərin sayı 649 nəfərə çatıb

Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 75 nəfərin həyatına son qoyub. Bunla da dünyasını dəyişənlərin sayı 649 nəfərə çatıb. Aprelin 6-da ölkə üzrə 21 min 400 nəfər üzərində xüsusi tibbi yoxlama aparılıb. Onlardan 3 min 148 nəfərdə virus aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə son rəqəmlər barədə nazir Fahrettin Koca məlumat verib. Ölkə üzrə testdən keçirilənlərin sayı 202 min 845 nəfərə çatıb. Onlardan 30 min 217 nəfər müalicəyə cəlb olunub. 1415 nəfər reanimasiyadadır. İndiyə qədər 1326 nəfərin müalicəsi müsbət nəticə verib. Bu gün 284 nəfər tam sağalaraq xəstəxanalardan xaric olunub.

Qeyd edək ki, Türkiyə hökuməti koronavirusun yayılmasına və infeksiyaya yoluxanların sağalması istiqamətində çoxistiqamətli fəaliyyət həyata keçirir. Ünsiyyət və gediş-gəliş məhdudiyyətləri burada mühüm amildir. Digər tərəfdən ölkənin bir çox şəhərində koronavirus testlərini yoxlayan laboratoriyaların qurulması gündəlik test sayında mühüm bir dinamika yaradıb. Bu rəqəm bir həftə ərzində təxminən 10 dəfə artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...