Koronavirusun "superyayıcıları" kimlərdir?

Elm adamları koronavirusun "superyayıcıları" haqqında danışıblar və koronavirus infeksiyasının yayılmasında ən böyük təhlükənin, ətrafdakılara yoluxmuş hissəciklərin hamısını bulud şəklində ötürə bilən asimptomatik daşıyıcılar olduğunu bəyan ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə tədqiqat nəticələri Taylor və Francis Group elmi nəşrinin saytında çıxıb.

Kaliforniya Universiteti və İkana Nyu-York Tibb Məktəbinin alimləri bəyan ediblər ki, infeksiyasının yayılmasında ən böyük təhlükə simptomsuz daşıyıcılardır.

ABŞ-dan olan mütəxəssislər qeyd edir ki, yoluxmuş bir şəxslə danışarkən koronavirus infeksiyasına yoluxmaq olar. Tədqiqatlar, bir insanın söhbət və nəfəs alarkən buraxdığı hissəciklərdə koronavirusun ola biləcəyini təsdiqləyib.

Beləliklə, Amerika alimləri Çin həkimləri ilə söhbət əsnasında koronavirusun ötürülməsi ilə bağlı fərziyyəni təsdiq ediblər. Tədqiqat müəllifləri iddia edirlər ki, insan nə qədər yüksək danışırsa, havaya o qədər çox hissəcik çıxır.
Alimlər iddia edirlər ki, koronavirusun asimptomatik daşıyıcısı ilə on dəqiqəlik söhbət, havaya atıla bilən təxminən 6 min aerozol hissəciklərinin infeksiyası olmayan bir şəxs tərəfindən havada görünməsinə səbəb ola bilər.
Ayrıca, tədqiqatçılar hələ də insanlar tərəfindən buraxılan yoluxmuş hissəciklərin nə qədər uça biləcəyini və virusun nə qədər canlı qalacağını müəyyən edə bilməmişlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə