Kolumbiya mədənlərindən birində baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb

Kolumbiyanın şərqində yerləşən mədənlərdən birində baş verən partlayış nəticəsində 6 nəfər ölüb.

SİA "unionnews.ru" saytına istinadən xəbər verir ki, bu barədə “Caracol” radiosu məlumat yayıb.

Hadisə səhər saatlarında San Kayetano (şərqi Norte-de-Santander departamenti) bələdiyyəsində yerləşən Ayakuço kəndində baş verib.

Xilasedicilər bir nəfəri dağıntılar altından xilas edə bilib.

Hadisə ilə əlaqədar istintaq başladılıb. İlkin məlumatlara görə, partlayışa səbəb metan qazının sızması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə