Kolumbiyanın şərqində yerləşən mədənlərdən birində baş verən partlayış nəticəsində 6 nəfər ölüb.
SİA "unionnews.ru" saytına istinadən xəbər verir ki, bu barədə “Caracol” radiosu məlumat yayıb.
Xilasedicilər bir nəfəri dağıntılar altından xilas edə bilib.
Hadisə ilə əlaqədar istintaq başladılıb. İlkin məlumatlara görə, partlayışa səbəb metan qazının sızması olub.