Moskva virus qarşısında acizdir ANTİREKORD

Rusiyanın paytaxtı Moskvada koronavirusun yayılma prosesi sürətlənib və daha bir anti-rekord müəyyən olunub. SİA Nyusik-ə istinadən xəbər verir ki, yeni yoluxanların əksər çoxluğu 45 yaş altındadırlar. Ümumilikdə Miskvada yeni yoluxanların sayı 448 nəəfərdir. Hazırkı vaxta qədər isə, Rusiya paytaxtında 2 923 yoluxma qeydə alınıb.

Beləliklə, yeni xəstələnənlərdən 199 nəfəri 18-45 yaş arasındadırlar. 159 nəəfər isə 46-55 yaşlarını bölüşürlər. 73 insan isə, 65 yaşdan yuxarıdır.

Daha təəssüfedici məqam isə, koronavirusun uşaqlara yoluxması faktıdır. Belə ki, Moskvada 17 uşaq infeksiya daşıyıcısına çevrilib. Ümumilikdə Rusiya paytaxtında COVID-19 infeksiyasına yoluxanların 53,5 %-ni qadınlar, 46,5 faizini isə kişilər təşkil edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə