Türkiyədə koronavirusdan ölənlərin sayı 277 nəfərə çatıb

Türkiyədə son 24 saat ərzində daha 63 nəfər yeni növ koronavirusdan vəfat edib.

SİA xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir qeyd edib ki, ümumilikdə ölənlərin sayı 277 nəfərə çatıb.

Onun sözlərinə görə, 2148 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Yoluxma halların ümumi sayı 15679-a çatıb.

Qoca bildirib ki, yoluxma halları ən çox İstanbulda, İzmir və Ankarada qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə